14 Yanvar 2015 22:56
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur yazıçısı Yaşar Kemal səhhətində ciddi problemlər yaranıb. Tanınmş yazıçı ağır diaqnozla xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un məlumatına görə, yazıçı İstanbul Universitetinin tibb fakültəsinin nəzdindəki xəstəxananın reanimasiyaya şöbəsinə yerləşdirilib.

Y. Kemal ürək çatışmazlığından əziyyət çəkir. Çətinliklə nəfəs aldığı üçün hazırda ona süni nəfəs aparatı ilə yardım edilir.

Qeyd edək ki, Y. Kemalın 92 yaşı var.


Müəllif:

Oxşar xəbərlər