Bolqarıstanın Milli Televiziyası Avropa Radio və Televiziya Birliyindən beynəlxalq uşaq “Eurovision” yarışmasının keçirilməsi ilə bağlı dəvət alıb.
Teleqraf.com-un məlmatına görə, 2014-cü ilin noyabrında Malta yarışmalarında 10 yaşlı Krisia Todorovoyanın, əkizlər Həsən və İbrahim İqnatovların uğurlu çıxışları Bolqarıstanın bu dəvəti almasında əsas səbəb kimi göstərilir.
Uşaq “Eurovision” yarışması müsabiqəsi tarixində 13-cü olacaqdır. Bolqarıstan bu müsabiqədə dördüncü dəfədir ki, iştirak edir. Bolqarıstan Milli Televiziyasının direktoru Vyara Ankova yarışmanın yüksək səviyyədə keçirilməsi üçün hazır olduqlarını bildirib.