17 Fevral 16:08
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzində 17 fevral- Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr olunan "Yer üzünün günəşidir xeyirxahlıq" adlı tədbir baş tutub.

Teleqraf.com xəbər verir ki, "Liatris Holding"in rəhbəri, iş xanımı Ruhi Əliyeva tədbirdə çıxış edən qonaqlara təşəkkür edib:

"Bu gün mənim üçün çox həssas bir tədbirdir. Uşaqlar bizim gələcəyimizdir. Uşaqların adı olan yerdə çox kövrək oluram. Ümumiyyətlə, qadın və uşaqla bağlı mövzularda mənim qəlbim sızıldayır. Bu gün uşaqlarımızın musiqi proqramını dinləyərkən sanki qəlbimdə kəpənəklər uçdu. Öncə təşkil edilən sərgiyə və sonra musiqi proqramılarına baxdım. Qəlbim çırpınır, sanki dayanacaq. Bu tədbirin baş tutmasında əməyi keçən hər kəsə təşəkkür edirəm.

Əziz uşaqlar, siz çox xoşbəxtsiniz ki, Bütöv Azərbaycanda yaşayırsınız. Mən əminliklə deyirəm ki, sizin gələcəyiniz çox işıqlı və parlaq olacaq. Cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daima sevgisi və qayğısı sizin üzərinizdə olacaq".

Qeyd edəl ki, təbirdə millət vəkilləri Ceyhun Məmmədov, Jalə Əhmədova, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bir çox ziyalılar və uşaqlar iştirak ediblər.

Tədbir "Liatris Holding", F. Köçərli adına Respublika Uşaq Kitabxanası və Azərbaycan kitab, maarif və poliqrafçılar İctimai Birliyininin təşkilati dəstəyi ilə baş tutub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər