27 Yanvar 2015 10:59
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalça Muzeyinin direktoru Röya Tağıyeva “Şöhrət” ordeninə layiq görülüb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Röya Seyfəddin qızı Tağıyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə Röya Seyfəddin qızı Tağıyeva “Şöhrət” ordeni ilə təltif edilsin”.

Nərmin


Müəllif: