28 Yanvar 2015 10:40
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında görkəmli kino xadimi Aydın Kazımzadənin 75 illik yubileyi qeyd edilib.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə kinostudiyanın keçmiş direktoru Xamis Muradov, əməkdar artist Ənvər Həsənov, Qorxmaz Əlili və başqa sənət adamları iştirak edib.

Aydın Kazımzadə 1940-cı il yanvarın 15-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1985-ci ildə Moskva ÜİDKİ nəzdində informasiya-reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarını bitirib. “Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan Kinematoqrafiya Komitəsi Məlumat-Reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, “Azərbaycan Kino Ensiklopediyası”nın baş redaktor müavini, Dövlət Film Fondunun direktor müavini vəzifələrində çalışıb.

Nərmin


Müəllif: