31 Yanvar 2015 09:09
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Yeşilçam” kino studiyasının məşhur simalartından olan Hakkı Kıvanç vəfat edib.

Publika.az-ın məlumatına görə, bu barədə müğənni Onur Akay sosial şəbəkədə məlumat yayıb.

“Bir müddətdir mədə xərçəngi ilə mübarizə aparan və demək olar ki, bütün filmlərində gördüyümüz “Yeşilçam”ın əməkdar aktyorlarından Hakkı Kıvancı itirdik. Cənazə mərasimi bu gün zöhr namazından sonra Beyoğlu “Ağa” məscidində olacaq. Sevənlərinə və ailəsinə başsağlığı verirəm”.

Hakkı Kıvanç 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində dünyaya gəlib. 1955-ci ildə “Kızımla Beraber” filmində epizodik rolla kino həyatına başlayıb. “Yeşilçam” filmlərinin ən populyar köməkçi aktyorlarından biri olub. Xüsusilə Ayhan İşık, Yılmaz Güney, Cüneyd Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilib.

1980-ci ildən bəri kinonun xaricində seriallarda da çəkilib. Ən son “Arka sokaklar” və “Kalb gözü” seriallarında çəkilən aktyor ömrü boyu 500-dən çox filmdə rol alıb.


Müəllif:

Oxşar xəbərlər