Fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “XX əsrin dahi bəstəkarları” adlı konsert olacaq.
Teleqraf.com-un məlumatına görə, konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri çıxış edəcək. Konsertin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir.