14 May 2014 16:14
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi 17-18 may tarixlərində Bolqarıstanın Varna şəhərində keçiriləcək “Discovery İnternational Pop Music” festivalında Azərbaycan təmsil olunacaq.

Müsabiqədə ölkəmizi gənc olmasına baxmayaraq tanınmış müğənni Kəmalə Qaramollayeva təmsil edəcək.

Teleqraf.com xəbər verir ki, artıq bir neçə müsabiqədə iştirak etmiş gənc müğənni festival günlərində iki mahnı ilə çıxış edəcək.

Belə ki, müsabiqənin birinci günü iştirakçılar dünya hiti, ikinci gün isə öz repertuarlarından musiqi ifa edəcəklər. K. Qaramollayeva ilk gün Beyonsun repertuarından “Listen”, ikinci gün isə bəstəsi Rəhim Rəhimliyə aid “Aman” adlı mahnını ifa edəcək.

Pərvin


Müəllif: