Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilən konserti baş tutub.
Teleqraf.com xəbər verir ki, konsertin təşkilatçısı olan "Talent Show Agency"nin direktoru Ruslan Haciyev Dövlət Rəqs Ansamblının konserti haqqında məlumat verib.
O, Dövlət Rəqs Ansamblının konsert proqramında Bütöv Azərbaycanın zəngin mədəniyyətindən, bu irsin əsrlərlə qorunmasından bəhs edib.
Tamaşada Doğma Qarabağı yağı düşmənlərin işğalından azad edən, vətənpərvər olan igidlərin cəsurluğundan söz açılıb. Ən qədim rəqs nümunələrimiz və musiqilərimiz səhnədə nümayiş etdirilib. Bütöv Azərbaycanın bölgə bölgə rəqsləri səhnədə yeni tərzdə canlandırılıb.
Ansamblın bədii rəhbəri, xalq artisti Rüfət Xəlilzadədir.