9 Fevral 2015 07:27
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi martın 4-dən 8-dək Berlin şəhərində keçiriləcək “İTB Berlin 2015” Beynəlxalq turizm sərgilərində iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, ölkəmiz, həmçinin martın 18-dən 21-dək Moskvada reallaşacaq “MİTT 2015” sərgisində təmsil olunacaq.Bu sərgilərə nazirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu və ümumilikdə 30 turizm şirkəti və 5 mehmanxananın təmsilçiləri qatılacaqlar. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2002-ci ildən “MİTT”, 2004-cü ildən etibarən isə “İTB Berlin” Beynəlxalq turizm sərgilərində iştirak edir.


Müəllif: