15 May 2014 11:23
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən 67-ci Kann Kino Festivalı öz işinə start verib.

Teleqraf.com xəbər verir ki, festivalın açılışında Nikol Kidmanın baş rolu oynadığı “Monako şahzadəsi” filmi nümayiş olunub. film knyaz III Renye ilə ailə qurduqdan sonra şahzadə titulunu qazanan məşhur Hollivud aktrisası Qreys Kellinin həyatından bəhs edir.

Qeyd edək ki, festivalın bu il “Qızıl Palma budağı” uğrunda 18 film yarışacaq. Filmlərin müəllifləri arasında dünya şöhrətli rejissorlar qarşı-qarşıya gələcək. Bunların arasında Nuri Bilge Ceylan, Ken Loaç, Jan Luk Qodar, Devid Kronenberq, Mixail Xanazaviçus, Mayk Li və başqaları yer alır. Qalibləri isə Ceyn Kempionun başçılıq etdiyi münsiflər heyəti seçəcək. Həmin heyətdə Uillem Defo, Sofia Koppola, Karol Buke, Qael Qarsia Bernal, Çon Do En, Leyla Hatami, Çia Çank, Nikolas Vindinq Refy təmsil olunur.

Qalib kim olacaq?

Festivaldan öncə kino tənqidçiləri və bukmekerlər qaliblər barədə öz proqnozlarını verirlər. Bu dəfə bukmekerlərin qənaətinə görə, qələbəyə ən real namizəd türkiyəli rejissor Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmidir. Bununla yanaşı Mayk Linin “Uilyam Terner”, Zvyaqintsevin “Leviafan” və Naomi Kavasenin “Sakit su”, Kronenberqin “Ulduz xəritəsi” filmlərinin də adları çəkilir.

Builki Kann festivalının Azərbaycan üçün əhəmiyyəti böyükdür. Belə ki, festivalın qısametrajlı film üzrə əsas müsabiqə proqlaramlarından biri “Qısa metr”də “Sonuncu” adlı filmimiz yarışacaq. Eyni zamanda bu il Azərbaycan növbəti dəfə festivalda öz pavilyonu ilə təmsil olunacaq.

Festival öz işini may ayının 25-də yekunlaşdıracaq.

Teleqraf.com festivalın açılış mərasimindən fotoları təqdim edir.

Nərmin


Müəllif: