15 May 2014 13:50
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa hara yönəlib başa düşmək olmur. Bunların hamısı korlanıb”.

Bu sözləri Xalq artisti Mübariz Tağıyev “Eurovision” yarışmasının nəticələri barədə Teleqraf.com-a açıqlama verərkən deyib. Onun sözlərinə görə, Dilarə 22-ci yerə layiq deyildi:

“Dilarə çox yaxşı çıxış etdi. O 22-ci yerə layiq deyildi. Fikrimcə, Dilarə bu ifası ilə maksimum beşinci yerdə qərarlaşa bilərdi. Bundan başqa Estoniya, Gürcüstan da yarışmaya yaxşı hazırlaşmışdı, amma onların da heç biri onluğa düşə bilmədi”. O bildirib ki, Konçita Vurstun mahnısı gözəl, vokal imkanları isə çox cılızdır:“Bu mahnını daha geniş diapozonlu ifaçı oxumalı idi. Görkəmi, ətrafında yaranan söz-söhbətlər...Bilirsiniz, səhnənin qanun-qaydaları var. Həmin qayda-qanundan kənara çıxanda iyrənc mənzərə yaranır. Əgər Konçita kimilər böyük səhnələri zəbt edirlərsə, vay bizim günümüzə...”

Qeyd edək ki, “Eurovision-2014”dəki uğursuzluğumuzdan, eləcə də proqnozlara görə növbəti il Ermənistanın bütün cəhdlə birincilik uğrunda mübarizəsini nəzərə alan bəzi sənət adamları yarışmada iştirakdan imtina təklifi ilə çıxış ediblər. Təkliflə razılaşmayan M.Tağıyevin fikrincə, Azərbaycan mütləq yarışmada iştirak etməlidir: “Bu işsiz insanların söhbətinə oxşayır. Bizə bu lazım deyil. Bu müsabiqə iştirak etmək və Azərbaycanı təmsil etmək lazımdır. Bizim o vaxtımız deyil ki, belə söhbətlərə görə çəkilək kənara”.

Pərvin


Müəllif: