20 Noyabr 20:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Sarayında "Nəsimi" operasının premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Opera və Balet Teatrının təqdimatında ilk dəfə nümayiş olunan operanın bəstəsi Xalq artisti Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova aiddir.

COP29 çərçivəsində keçirilən təqdimatda ölkəmizə təşrif buyuran əcnəbi qonaqlar da iştirak ediblər.

Operada Nəsimi rolunun ifaçısı Əməkdar artist Ramil Qasımovdur. Tamaşada həmçinin Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüarə), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Zahid), Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazi) və başqaları çıxış edirlər.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru - Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssam Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssam Rafael Həsənovdur.

Fotolar: Elnur Muxtar


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər