Rusiya prezidenti Vladimir Putin məşhur serb rejissoru Emir Kusturitsanı 70 illik yubileyi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, təbrikləri Drvenqrad kinoteatr kəndində Rusiyanın Serbiyadakı səfirliyinin müşaviri Natalya Klişchenkova oxuyub. Yazıda Putin rejissoru “cəsur, çoxşaxəli istedad” və “əsl sənətkar” adlandırıb.
Rusiya lideri Kusturitsanın fəal ictimai mövqeyini və humanitar sahədə xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş mühüm təşəbbüslərin həyata keçirilməsinə böyük töhfə verdiyini qeyd edib.