6 Dekabr 2024 14:38
3 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Həmidə Ömərova sehrbaz obrazında tamaşaçıların qarşısına çıxacaq.

Bu barədə Teleqraf.com-a Xalq artisti özü məlumat verib.

Onun sözlərinə görə, "Meri tətildə" adlı uşaq nağılında yaratdığı obrazın onun üçün xüsusi əhəmiyyati var.

"İlk dəfədir ki, sehrbaz obrazını canlandırırdım. Mənim üçün hədsiz maraqlıydı. Obrazı həvəslə oynadım, həyəcanlıyam, ümid edirəm maraqla qarşılanar. Çəkilişlər Qəbələdə aparıldı. Film haqda bundan artıq məlumat verə bilməyəcəyəm. Gözləyək", - deyə Xalq artisti söyləyib.


Müəllif: Nərmin

Oxşar xəbərlər