8 Yanvar 13:01
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaş A”nın, yəni Almazın hekayəsi bitdi. Uğur qazanan layihənin davamının olması bir prodüserə daha çox sərf edər, amma mən yaradıcı insan olduğum üçün onu reytinq xatirinə uzatmaq istəmədim. “Vətəndaş A”nın uğuru toxunulmaz qalsın.

Bunu Teleqraf.com-a “Vətəndaş A” serialının prodüseri, eyni zamanda aktrisa olan Sevinc Əliyeva deyib.

“Vətəndaş A”nı ən uğurlu layihəsi hesab edən Əliyeva “Aktrisa kimi “Vətəndaş A”da oynamaq ürəyinizdən keçirdimi?” sualına belə cavab verib:

“Fiziki olaraq çatdıra bilməzdim. Aktyorlarımız həmişə deyirlər ki, çəkiliş meydançasında iki Almaz vardı: biri hər kəsin gördüyü kadrda, digəri isə kadrarxasında... O Almazı tamaşaçılar görmədilər”.

Sevinc Əliyeva qadın prodüser olaraq bu sahədə çətinliklərlə qarşılaşdığını da etiraf edib:

“Azərbaycanda bir çox sektorlarda qadın faktorunun olması çətinlik yaradır. Prodüser kimi mən də bunu yaşadım. Amma müsbət cəhətim odur ki, 15 illik aktrisa kimi təcrübəm var və bu sahə mənə tanışdır: tanıdığım insanlardır, çoxu ilə işləmişəm. Ona görə işin içini bilirəm. Bir aktrisa kimi çəkiliş meydançalarında nələrdən narahatlıq keçirib, narazı olduğum məqamlar var idisə, prodüser olaraq onu düzəltməyə çalışırdım. Yəni mən düşünərək prodüser olmadım. Həmin narahatlıq və narazılıqlar buna səbəb oldu”.

Sevinc Əliyeva həmçinin yeni layihəsini tezliklə təqdim edəcəyinin müjdəsini verib.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər