2024-cü ildə ölkə kinoteatrlarında tamaşaçılar ən çox hansı yerli filmlərə baxıblar?
Teleqraf.com bu sualla Azərbaycanda fəaliyyət göstərən üç kinoteatr şəbəkəsinə müraciət edib.
Tamaşaçı sayı ilə bağlı rəqəmləri açıqlamayan kinoteatrlar bunun konfidensial olduğunu bildiriblər. Beləliklə, nəticələri təqdim edirik:
“Park Cinema” kinoteatrı
1. ”Tağıyev: Neft” - tarixi, bioqrafik (Rejissor: Zaur Qasımlı)
2. ”Apatiya” - dram (Rejissor: Hikmət Rəhimov)
3. ”Səma ilə görüş” - dram, ekşn, komedia (Rejissor: Rüfət Şahbazov)
4. ”Şor biznes” - romantik dram (Rejissor: Valeh Əhmədov)
5. ”Hozu 007” - komediya (Rejissor: İlham Yaşaroğlu)
Nizami Kino Mərkəzi
1. “Hozu Dayə” - komediya (Rejissor: İlham Yaşaroğlu) -
2.“Səma ilə görüş” - dram, ekşn, komedia (Rejissor: Rüfət Şahbazov)
3. “Cin atı” - komediya (Rejissor: Kənan Zeynalov və İsmayıl Zeynalov)
Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova bildirib ki, son illər kinoteatrda yerli filmlərin nümayişi üstünlük təşkil edir: “Yerli filmlərin həm nümayişi, həm də onların təqdimatları daha çox bizim kinoteatrda olur”.
“CineMastercard” kinoteatrı
1. “Hozu 007” - komediya (Rejissor: İlham Yaşaroğlu)
2. “Tağıyev: Neft” - tarixi, bioqrafik (Rejissor: Zaur Qasımlı)
3. “Səriyyə” - satirik komediya (Rejissor: Əlixan Rəcəbov)
4. “Qapı” - kriminal, tragikomediya (Rejissor: Vüsal Əhmədzadə)
5. “Evdə qalmış” - romantik komediya (Rejissor: Valeh Əhmədov)
“CineMastercard”ın piar meneceri Nara Həsənova bildirib ki, 2024-cü ildə kinoteatrda 15 yerli film göstərilib.
Siyahının digər pillələrində “Apatiya” (Rejissor: Hikmət Rəhimov, dram), “Dostum, yoxsa sevgilim” (Rejissor: Elvin Abdulla, dram, döyüş ), “Şor biznes” (Rejissor: Valeh Əhmədov, romantik dram), “Lənətli kitab” (Rejissor: Natiq Novruzov, qorxu), “Birlikdə” (Rejissoru Vahid Mustafayev, melodram), “21-ci möcüzə” (Rejissor: Şahin Qəhrəman, dram), “Aktyor” (Rejissor: Aydın Arslan, dram), “Həci başqadu” (Rejissor: Elşad Zarafatsız, komediya), “Qarabağ FK: 30 mövsüm səfərdə” adlı sənədli film (Rejissor: Fuad Quliyev), “Ülkər” (Rejissor: Xəyalə Meydanova, dram).
Özəl sektorda komediya janrlı filmlərin istehsalına üstünlük verilməsini tamaşaçıların bu cür filmləri daha çox izləmələri ilə izah edirlər. Amma mövcud siyahı həm də onu deməyə əsas verir ki, tamaşaçı kinoteatrda komediya ilə yanaşı müxtəlif janrlı filmlərə də baxmaq istəyir.