02:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

75-ci Berlin kinofestivalının mükafatları ("Qızıl ayı" və "Gümüş ayı") uğrunda on namizəd mübarizə aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Guardian" məlumat verib.

Namizədlər arasında Riçard Linkleyterin "Mavi ay", Mişel Frankonun "Arzular" əsərləri də var.

"Qızıl ayı"nın sahibi Radu Jude "Kontinental 25" filmini təqdim edəcək. Ekran əsərində hadisələr Transilvaniyada baş verir. Lüsil Hacıxəliloviçin "Buzlu qüllə", Qabriel Maskaronun "Mavi cığır" əsərləri də namizədlər arasındadır.

75-ci Berlin kinofestivalı fevralın 13-də Tom Tıkverin "İşıq" filmi ilə açılacaq. Film suriyalı qaçqınların və orta təbəqədən olan alman ailəsinin talelərindən bəhs edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər