"Molla Nəsrəddin - çətin günlərimin dostu" filminin Qırğızıstan çəkilişləri başa çatıb.
Bunu Teleqraf.com-a açıqlamasında filmin prodüseri Zaur Darabzadə deyib.
O qeyd edib ki, ekran əsərinin Qırğızıstanda çəkilişləri payızın əvvəlində start götürüb: “Artıq oradakı çəkilişləri tam yekunlaşdırmışıq. Növbəti çəkilişlərimiz fevral ayının axırında Qazaxıstanda, ardınca Özbəkistan və Türkiyədə gerçəkləşəcək. Azərbaycandakı çəkilişlər isə may ayında Şuşada olacaq”.
Qeyd edək ki, türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin haqqında bədii filmin çəkilməsi ilə bağlı qərar TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşada keçirilən 40-cı iclasında qəbul olunub.
Ekran əsəri təşkilata üzv ölkələrin mədəniyyət nazirlikləri və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gəlir.
Filmin ssenari müəllifi və baş rejissoru, Xalq artisti Vaqif Mustafayevdir.