28 Fevral 2015 18:37
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azanfilm"in maddi bazası çox zəifdir. Son zamanlar bu sahədə fəaliyyət göstərən kadrlar da məhv olub".

Bu sözləri Teleqraf.com-a açıqlamasında peşəkar animator-rəssam Arif Məhərrəmov deyib. Onun sözlərinə görə, bu sahəni inkişaf etdirmək üçün yalnız Mədəniyyət və Turizm Nazirliyi deyil, telekanallar da həvəsli olmalıdır: "İlk növbədə bazanı möhkəmləndirmək lazımdır. Bunun üçün lazımi texnologiyalarla studiyanı təmin etmək və kadrların yetişməsi üçün kurslar açılmalıdır. Həmçinin dövlət həmin kursları bitirən uşaqların daimi işlə təmin olunmasına da zəmanət verməlidir. Ancaq o zaman inkişaf ola bilər".

Mütəxəssisin fikrincə, indiyə qədər "Azanfilm"də çəkilən filmlər ortabab filmlər kimi qiymətləndirmək olar: "Bəzisi texniki, bəzisi bədii cəhətdən məni heç qane etmir. Bəsit ssenarilər də çox olub. Məsələn, "Cırtdan və təpəgöz" texniki cəhətdən daha mükəmməl olsa da animasiya cəhətdən bunu deyə bilmərəm. Bilirsiniz, bu sahə inkişaf etmək üçün yeni ssenaristlər, rejissorlar olmalıdır. Əfsus ki, bunların heç biri yoxdur. Əvvəlki kadrlarla da ortabab filmlər ərsəyə gəlir".

Nərmin


Müəllif: