7 Mart 2015 23:32
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox tanınmış aktyorlarımızdan fərqli olaraq, əməkdar artist Şamil Süleymanlı yerli seriallardan narazılıq etmir.

Rejissorların təklifini məmnuniyyətlə qəbul etdiyini deyən aktyor Publika.az-a açıqlama verərək filmlərlə bərabər seriallara da çəkiləcəyini bildirib: “Nə vaxta qədər onun-bunun serialına baxacağıq? Buna görə də, peşəkar aktyorlar bu işdə yaxalarını kənara çəkməməlidir. Başlanğıcda həmişə çətinliklər olur. Mən “Həyat nə qəribəsən” serialına çəkilmişəm, yenə də rejissorlardan təklif gözləyirəm. Aktyor həmişə çəkiliş meydançasında, səhnədə olmalıdır. Vaxt gələcək, bizim seriallarımız da xaricdə göstəriləcək”.


Onun üçün rolun böyüyü-kiçiyi olmadığını deyən əməkdar artist istənilən rolda oynamağa hazır olduğunu deyib: “Əsas şərt rolu tamaşaçıya sevdirməkdir. Fərqi yoxdur, böyük rol olsun, ya epizodik”.


Müəllif: