17 May 2014 21:00
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış filosof-yazıçı Firuz Mustafa bir sıra yeni əsərlər üzərində işini tamamlayıb.

Bu barədə AzNews.az-a açıqlamasında özü məlumat verib. Onun sözlərinə görə,“Payız süvarisi” adlanan melodramik kino-povesti son ilin ən uğurlu filmi ola bilər: "Bu əsərdə “Cənnət çiçəyi” romanımdan bəzi parçalar müxtəlif ədəbi orqanlarda çap olunub. Əsər AYB-nın saytında da yerləşdirilib. İllər öncə yazdığım “Teatr meydanı” romanının yenidən işlənmiş mükəmməl nəşri bu ay işıq üzü görəcək. Burada ayrı-ayrı məmləkətlərdə yaşayan insanların bir-birinə bəslədikləri gizli, mübhəm, təmiz, sirli hisslərindən söhbət açılır. Hadisələr Parisdə və Bakıda baş verir. Süjeti gözlənilməz situasiya və gərgin hadisələr izləyir. İndi təkcə qalır əsərin, yəni “Payız süvarisi”nin lentə alınması üçün hansısa çəkiliş kampaniyası və rejissorun irəli çıxması. Yeri gəlmişkən, ssenari planı artıq "Azərbaycanfilm"in rəhbərliyinə təqdim edilib. Məncə, bu, son illərin uğurlu filmlərindən biri ola bilər”.


Müəllif: