18 Mart 2015 15:59
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər kağızdan cizgi filmi hazırladılar

“Addım” Gənclər Təşkilatı Azərbaycanda daha bir ilkə imza atıb. Beləki, təşkilat bugünlərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Fransa Səfirliyinin dəstəyi ilə “EkoLogika” adlı gənclərin ekoloji mövzuda maarifləndirilməsi layihəsinə start verib. Təşkilatın sədr müavini Aynur Salmanovanın Teleqraf.com-a verdiyi məlumata görə, layihə çərçivəsində paytaxt Bakı və regionlarda xarici, yerli təlimçilərin iştirakı ilə təlimlər, müxtəlif sosial aksiyalar, video nümayişlər və s. nəzərdə tutulub.

Qeyd edək ki, sosial şəbəkələrdə digər diqqətçəkən məqam isə layihənin dünən gecə saatlarında paylaşılan tanıtım videosu olub. Beləki, layihəni ərsəyə gətirən “Addım”çılar Azərbaycanda ilk dəfə olaraq kağız animasiyası (paper animation) janrından istifadə ediblər. Videonun rejissoru Cavanşir Eladisoy, montaj rejissoru Emin Muradov, ssenari müəllifi Kamran Cavadzadə, rəssam Hüseyn Bağırov, Nərmin Hüseynova , korrektoru Emil İbrahimov olub.

Videoroliki Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Selcan Müseyibova səsləndirib.

Teleqraf.com həmin videoroliki təqdim edir

Nərmin


Müəllif: