Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın dünyaya gəlməsindən 70 il ötür. Teatr və kino tariximizdə çılğın, təkrarsız obrazları ilə sevilən səhnəmizin “Sofi Loreni”- Şəfiqə Məmmədova 1945 ci ildə martın 30-da Dərbənddə doğulub. Taleyin qisməti ilə ailəsi Bakıya köçən Şəfiqə Məmmədova burada incəsənət institutunu bitirir.
Son dövrlərdə heç bir filmə çəkilməyən sənətkar özünə uyğun obraz olmadığını deyir. Bunun səbəbini ssenaristlərdə görür. “Uyğun deyil mənə. Heç bir ssenarini özümə aid görmürəm. Yaratdığım elə bir iş yoxdur. Bilirsiz mən elə öz dövrümdə də istəyirdim çəkilirdim, istəmirdim çəkilmirdim. Məndə seçim həmişə vardı”.
Şəfiqə Məmmədova Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakultəsini bitirib. Milli Dram Teatrının səhnəsində “Hamlet”, “Nakam qız”, “Canlı meyit”, “Ana torpağı”, “Xəyyam'', “Dəli yığıncağı” kimi tamaşalarda maraqlı obrazlar ifa edib. Kino aktrisa kimi də özünü sınamaq qərarına gələn Şəfiqə Məmmədova tamaşaçı yaddaşında elə filmlərdəki rolları ilə dərin iz buraxıb. “Ad günü”ndə Fəridə, “Bizim Cəbiş müəllm”də Cəbişin arvadı, “İstintaq”dakı Gulya rolları xarakter etibarı ilə bir birinə bənzəsə də, “Dədə Qorqud”dakı Burla xatun onlardan fərqlənir.
Hər rolunda qadın qürurunu, ana qayğısını məharətlə göstərə bilən Şəfiqə Məmmədovanın “Qaraca qız” da oynadığı Pəricahan xanım obrazı real ifa tərzi ilə özünə nifrət qazandırır. “Bizim Cəbiş müəllm” filmində məhz bu xanımın yaratdığı qayğıkeş ana, arvad obrazı filmi daha maraqlı və yadda qalan edib.
Şəfiqə Məmmədova Xalq yazıçısı Anarın “Şəhərin yay gunləri” pyesinin tamaşasındakı Dilarə roluna gorə respublika Dovlət mukafatına və Rasim Ocaqovun cəkdiyi “İstintaq” filmindəki Mustəntiqin arvadı obrazına görə SSRİ Dovlət mukafatına layiq gorulub./ans/