30 Mart 2015 23:38
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Christie’s” hərrac evi ispan rəssam Pablo Pikassonun “Əlcəzair qadınları” rəsm əsərini satışa çıxaracaq.

Teleqraf.com xəbər verir ki, mayın 11-də keçiriləcək hərracda rəsm əsərinin ilkin qiyməti 140 milyon dollardır. Bununla da, əsər tarixin ən bahalı rəsm əsərlərindən biri adını qazanıb.

1955-ci ilə aid rəsm əsəri müasir dövrün tanınmış kolleksiyaçıları olan Viktoriya və Salli Hans cütlüyünə məxsusdur. Onlar bu əsəri 1956-cı ildə şəxsən rəssamın özündən 212,5 min dollara əldə ediblər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər