3 Aprel 2015 20:04
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Çanaqqala-1915” oratoriyası maestro Yalçın Adıgözəlovun dirijorluğu altında Türkiyə Prezident Administrasiyası Simfonik Orkestri tərəfindən səsləndirilib. Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan konsertdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri də musiqisevərlər iştirak ediblər.

Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun 1996-97-ci illərdə yaratdığı “Çanaqqala-1915” oratoriyası Ankarada Prezident Administrasiyası Sinfonik Orkestri tərəfindən ilk dəfə 1998-ci ildə səsləndirilib.

“Çanaqqala-1915” oratoriyası Vasif Adıgözəlovun türk xalqına unudulmaz hədiyyəsi kimi dəyərləndirilir.

Yalçın Adıgözəlovun mahir dirijorluğu ilə orkestr, xor və solistlərin uğurlu ifası, həmçinin görkəmli Türk şairi Mehmet Akif Ersoyun Çanaqqala şəhidlərinə həsr etdiyi şeirdən parçaların səslənməsi sanki salona toplaşanların xəyalında 100 il əvvəlki tarixi zəfərə gedən yolu canlandırıb.

Musiqisevər tərəfindən böyük coşqu ilə qarşılanan konsert tamaşaçılar tərəfindən ayaq üstə sürəkli alqışlarla qarşılanıb.


Müəllif:

Oxşar xəbərlər