20 May 2014 11:09
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Orda iştirak etmək fikrində deyiləm”

“Birinci, mətbuat konfransından xəbərim yoxdur. İkincisi, mətbuat konfransında iştirak etmək fikrim yoxdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Əməkdar artist Sabir Məmmədov həmkarlarının nazirliyə qarşı etiraz mətbuat konfransı keçirməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Sabir Məmmədov da bu il Prezident mükafatından məhrum olan aktyorların siyahısında yer alır. Amma o bunu çox normal qarşılayır: “Prezident mükafatı bir illik mükafatdır. Sonra dəyişilir. Mən o mükafatı neçə illərdir ki, alıram. Bu il almamışam, mənim yerimə o mükafatı başqa həmkarıma veriblər. Bu çox normaldır. Nəhayətdə bu mükafat ömürlük deyil”.

O bildirib ki, adının teatr tərəfindən mükafata təqdim olunub-olunmaması ilə maraqlanmayıb.


Qeyd edək ki, siyahıdan adları çıxarılan aktyorlar bunlardır: Sənubər İsgəndərli, Əli Nur, Mətanət Atakişiyeva, Şəlalə Quliyeva, Sabir Məmmədov, Elxan Quliyev.

Nərmin


Müəllif: