20 May 2014 12:10
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əli və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli Teleqraf.com-a açıqlamasında Milli Kitab Mükafatından danışıb.

O, mükafatın bu il təxirə salındığını deyib:

“Milli Kitab Mükafatı bu il keçirilməyəcək. Ola bilsin ki, növbəti illərdə yenidən bərpa edək. Ancaq Vergilər Nazirliyi ilə bağlı bu qədər problem yaşadığımız vəziyyətdə müsabiqənin keçirilməsi mümkün deyil. Hansısa bir iş görmək üçün insanda birinci həvəs olmalıdır. Ancaq bu cür təzyiq altında işləmək insanda bütün həvəsi öldürür. Bununla belə mən heç vaxt kitabdan uzaqlaşa bilmərəm. O, mənim bütün həyatımda var. Sadəcə olaraq ictimai işlərdən uzaqlaşmışam. Ümumiyyətlə çox yorulmuşam. “Qanun” qarşı böyük haqsızlıq var. Şahbaz Xuduoğlu həmişə kitabı təbliğ edir. Məncə modern bir ölkədə insanı bu addımına görə mükafatlandırmalı idilər. Bizdə isə əksinə oldu. Belə olan təqdirdə adam fikirləşir ki, bəlkə həqiqətən bu ölkəyə kitab lazım deyil”.


Müəllif: