16 Aprel 2015 17:26
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də Azərbaycan Xalça Muzeyində sehrli anlar yaşanacaq.

Teleqraf.com xəbər verir ki, həmin gün paytaxt sakinləri Xalça Muzeyinin qarşısında 1-ci Avropa Oyunlarının təbliği məqsədilə hazırlanan xüsusi fleş - mob izləyəcək. Daha sonra muzeydə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçiriləcək tədbirdə “Şəki-məftun edən şəhər” kitabının təqdimatı, “Milli İrs” mükafatının qalibləri bəlli olacaq.

Qeyd edək ki, “Milli İrs” mükafatının qalibləri 3 nominasiyada, Mədəniyyət və Turizm Nazirliyinə tabe təşkilatların 5 əməkdaşı isə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılacaq.

Sehrli anların ən yadda qalan hadisəsi xalça stereotiplərini qıran rəssam Faiq Əhmədin sərgisinin təqdimatı olacaq. Sərgidə rəssamın yeni üsulla hazırlanan və ənənəvi xalçalardan tamamilə fərqlənən işləri nümayiş olunacaq.

Qeyd edək ki, ənənəvi xalça dilini universal incəsənət dilinə çevirərək hamını bu sehrli aləmlə tanış edən rəssamın Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İtaliya, Amerika, Rusiya və Hindistanda sərgiləri keçirilib.

Nərmin


Müəllif: