Aprel ayının 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Mənzər Hacıyeva və Nərminə Vəliyevanın “Metamorfoz” adlı birgə layihələrinin təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, sərgidə 20 geyim modeli və 15 rəsm əsəri nümayiş olunub.
Milli İncəsənət Muzeyinin direktoru Çingiz Mustafayev, Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov gənc və istedadlı xanımları təbrik edib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb. Xalq rəssamı professor Salhab Məmmədov tələbəsi Nərminə Vəliyevanı çox istedadlı rəssam kimi tanıdığını və onun Azərbaycan incəsənətində özünəməxsus bir yolu olduğunu qeyd edib.
Qeyd edək ki, iki gənc istedadlı xanım öz proyektlərində qadınların hiss və duyğularını əks etdiriblər. Dizayner Mənzər Hacıyeva öz geyimləri ilə xanımların dəyişən obrazlarını həyatın müxtəlif etaplarında göstərməyə çalışıb. Rəssam Nərminə Vəliyeva əsərlərində Orxoz qadınlar təsvir edib. Orxoz qədim yunan sözü olub və tərcümədə yumurta deməkdir. Bu da qadınların həyatın başlanğıcı, yeni doğuluş, həyat simvolu olmasına işarə edir. Əsərlərdə qadın hissələrinin, duyğularının müxtəlif çalarları əks edilib.
Təqdimat mərasimi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, Mənzər Hacıyeva New York Universitetinin məzunudur. Gənc dizayner moda sahəsində artıq bir çox ölkələrdə tanınır. O Mixail Kors, Lanvin, Zak Posen, Narçiso Radriqes kimi məşhur dizaynerlərin studiyalarında çalışıb.
Nərminə Vəliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur. Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun Rəyasət Heyətinin üzvüdür. Bir çox beynəlxalq rəsm müsabiqələrinin qalibi olan Nərminə alman rəssamları Stephan Gesler, İnqa Şmit tərəfindən dərslər alıb. Sərgiləri Amerika, Almaniya, İtaliya və bir çox ölkələrdə keçirilib. Əsərləri bir çox şəxsi kolleksiyalarda saxlanılır. Gənc rəssam Nərminə Vəliyevanın yaradıcılığı barədə iki sənədli film çəkilib. Aprel ayında Nərminə Vəliyevanın əsəri Amerikada ipone və ipad qablarında yerləşdirilib.
Nərmin