Aprelin 24-də Parisin «Russkiy mir» qalereyasında azərbaycanlı rəssamların əsərlərindən ibarət «Azərbaycan rəssamları» adlı sərgi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən sərgidə əməkdar rəssamlardan Əsmər Nərimanbəyovanın, Hüseyn Haqverdinin, İsmayıl Məmmədovun, eləcə də Yusif Mirzənin, Anar Hüseynzadənin və Təvəkkül Abbasovun 35 əsəri nümayiş olunacaq.
Sərgi mayın 30-dək davam edəcək.