Almaniyanın Völkingen şəhərində küçə incəsənətinə (street art) həsr edilmiş “Urban Art Biennale-2015” festivalı keçirilir.
Teleqraf.com xəbər verir ki,Rəsm əsərlərindən ibarət olan sərgi XIX əsrin ikinci yarısında tikilmiş Metallurgiya kombinatının divarlarında əks olunub. Fəaliyyəti 1986-cı ildə dayandırılan bu kombinat nadir memarlıq abidəsi kimi 1994-cü ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Festivalda 23 ölkədən 81-ə yaxın rəssam iştirak edir. Rəsm əsərləri aerozol boyalarla çəkilib. Bu rəsmlər, həmçinin bir çox aparıcı muzeylərin sərgi salonlarında da nümayiş etdirilir. Sərgi noyabradək davam edəcək.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm