21 May 2014 11:17
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin ən populyar səhnə əsərlərindən biri olan “Trubadur” operası nümayiş olunacaq.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tamaşada Leonora partiyasını teatrın gənc və istedadlı vokalçısı Afaq Abbasova, Azuçena rolunu Əməkdar artist Səbinə Vahabzadə, Manriko rolunu isə Fərid Əliyev ifa edəcək.

Azərbaycanlı sənətçilərlə yanaşı əsas partiyalardan biri olan Qraf di Luna rolunda çıxış etmək üçün teatrın rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti Mixail Qrişini dəvət edib.

Qeyd edək ki, “Trubadur” əsəri teatrda 2005-ci ildə səhnəyə qoyulub. Vaxtaşırı yerli opera sənətçiləri və tanınmış qastrolçuların ifasında səhnəyə qoyulan “Trubadur” operasevərlər tərəfindən çox sevilir.
Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Nərmin


Müəllif: