21 May 2014 11:21
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İTV-dən çoxdan ayrılmaq istəyirdim. Sadəcə işlərim var idi. İşimi bitirdim, ərizəmi yazdım çıxdım”.

Bu sözləri Teleqraf.com açıqlamasında məşhur aparıcı Hüsniyyə Məhərrəmova deyib. Onun sözlərinə görə, burda qeyri-adi heç bir şey yoxdur:

“Gündə neçə adam işdən çıxır. Burda qeyri-adi heç bir şey yoxdur. İstəmişəm, ərizəmi yazıb çıxmışam. Bundan artıq şərh vermək istəmirəm”.

Qeyd edək ki, Hüsniyyə Məhərrəmova İTV-nin Musiqili və Əyləncəli Verilişlər Departamentinin əməkdaşı, eyni zamanda “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri idi. Onun İTV-dən ayrılmasını Azərbaycanın “Eurovision-2014”-də 22-ci yerə çıxması ilə əlaqələndirənlərə isə aparıcının cavabı belə olub: “Ərizə yazıb işdən çıxmağımı “Eurovision-2014”-lə əlaqələndirmək doğru deyil. Azərbaycanın müsabiqədə 22-ci yerə çıxmağı faciəli bir hadisə deyil. Bu yarışmadır. Niyə işdən çıxmağımı bununla əlaqələndirirlər, anlamıram”.

Aparıcı xanım fəaliyyətini ATV-də davam etdirəcəyi faktını isə təsdiqləmədi:

“Bu barədə hələ ki, heç bir şey demək istəmirəm”.

Nərmin


Müəllif: