17 Aprel 2014 13:21
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 16-da Qırğızıstanda Çingiz Aytmatovun 85 illik yubileyi çərçivəsində "Çingiz Aytmatov-türk ruhunun təntənəsi" kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri,Çingiz Aytmatovun doğmaları və jurnalistlər iştirak ediblər. Təqdimat mərasimində səfir Hadiyət Orucovun geniş məruzəsi dinlənilib. Daha sonra "Azərbaycan-Odlar Yurdu" adlı kitab sərgisi də açılış mərasimində baş tutub.

Sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı ilə bağlı kitablar, müxtəlif fotoşəkillər nümayiş etdirilib.


Müəllif: