Nizami Kino Mərkəzində aprelin 30-dan etibarən ABŞ istehsalı olan “İkinci şans” filminin nümayişinə başlanıb. Mərkəzdən verilən məlumata görə, film tamaşaçılar tərəfindən maraqla gözlənilən ekran əsərlərindən biridir.
“İkinci şans” filminin ssenari müəllifi və rejissoru Den Fogelman bu ekran əsərini dram, komediya və musiqi janrında çəkib.
Film real hadisələrə əsaslanır. Belə ki, Denni Kollinzinin bəstələdiyi mahnıları bütün dünya sevirdi. Amma neçə illərdi ki, o heç nə yaratmır, ötən şöhrətinin kölgəsində yaşayır. Bir gün o, Con Lennonun uzun illər öncə ona yazdığı məktubunu alır... Vaxtında bu məktub Denni Kollinzin həyatını dəyişə bilərdi...
Filmdə dünya şöhrətli ulduz Al Paçino, Annett Beninq, Cennifer Qarner, Bobbi Kannavale və başqaları çəkilib.
Nərmin