Hollandiyalı rəssam Vinsent Van Qoqun “L'Allee des Alyscamps” (Aliskamp alleyi) adlı əsəri Nyu Yorkdakı hərracda 66 milyon 300 min dollara satılıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Sotheby's hərrac evində təşkil edilmiş satışlarda "L'Allee des Alyscamps" əsəri hərracda satılan ən bahalı rəsm əsəri olub. Van Qoqun 1888-ci ildə Fransanın Arles şəhərində çəkdiyi yağlı boya rəsmində payız fəsli təsvir edilib.
Xatırladaq ki, Van Qoqun ən yüksək qiymətə satılan əsəri 1990-cı ildə "Doktor Qaçetin portreti" ("Portrait of Dr. Gachet") adlı rəsmi olub. Bu şəkil 82 milyon 500 min dollara satılıb.
Teleqraf.com həmin fotonu təqdim edir:
Rüstəm