Beynəlxalq Tehran kitab sərgisi tərqibən 2500 daxili və onlar xarici nəşriyyatın iştirakı ilə davam edir.
Teleqraf.com-un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, mayın 16-a qədər davam edəcək sərgidə 18-ci əsrdə yaşamış Nadir Şah Əfşar sarayının katib və tarixçisi Mirzə Mehdi Əstərabadinin yazdığı Sənglax adlı türkcə-farsca sözlüyün yeni nəşri (2 min səhifəlik) də satışa çıxarılıb.
İranda keçirilən ən böyük mədəni tədbirlərin biri hesab edilən bu sərgi prezident Həsən Ruhaninin giriş nitqi ilə işə başlayıb.
Tehran kitab sərgisinə Azərbaycan Respublikası, Türkiyə, Ermənistan, Gürcüstan, Əfqanıstan, Tacikistan, Çin, Fransa və Livan kimi ölkələr daxil olmaqla 65 xarici ölkədən naşirlər də qatılıb.