Səfər Türkiyə Cümhuriyyəti Giresun Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Aksu Teart Festivalı çərçivəsində reallaşacaq. Trend-in verdiyi məlumata görə, Dram Teatrın kollektivi qardaş ölkədə Xəzəngül Hüseynovanın "Məhəbbətin qənimi" əsəri ilə çıxış edəcək. Faiq Qasımovun quruluş verdiyi bu tamaşa artıq 19 ildir ki, teatr səhnəsində oynanılır.
Faiq Qasımov- quruluşçu rejissor: “Səhnə əsərində qəhrəmanın içkiyə olan düşkünlüyü ailəni dağıdır, məhəbbət pozulur. Bu tamaşada məqsədimiz belə problemli insanları ayıltmaqdır. Əsərdə Respublikanın xalq artisti Pərvanə qurbanova, əməkdar artist Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Laləzar Ocaqquliyeva və s. rol alıblar”.
1 saat 20 dəqiqə davam edən səhnə əsərində 10 aktyor rol alacaq. Hazırda tamaşanın son məşqləri gedir.