22 May 2014 12:31
1 237

"Yeni Müsavat" qəzetinin köşə yazarı Xalid Kazımlının yeni hekayələr kitabı çap olunub.

Axar.az xəbər verir ki, "Mexico ochenta u seis" adlanan kitabda müəllifin həm Xalid Kazımlı, həm də "Samir Sarı" imzası ilə yazdığı hekayələr toplanıb.

Yazar öz Feysbuk hesabında yazıb: “Bu mənim ikinci kitabımdır. Bundan əvvəl "X günü" adlı bir roman-anektod yazmışam, kitab halında çap olunub və deyilənə görə, uğur qazanıb. Hər halda, hələ də zəng edib, sifariş göndərib istəyənlər var”.

"Qanun" nəşriyyatı tərəfindən buraxılan kitab haqda yazar bunları da əlavə edib: “Əslində, bu iki kitabdır. Yumoristik hekayələr ayrıca (Samir Sarı), həyati və duyğusal hekayələr isə (Xalid Kazımlı) ayrıca verilib. Düşünürəm ki, bu cür daha maraqlı olacaq. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu iki ayrı kitabın buraxılmasını daha doğru hesab edirdi. Ancaq dedim ki, qoy oxuculara maddi baxımdan yük olmasın".

Kitabın adına gəlincə, müəllif deyir ki, bu onun hekayələrindən birinin adıdır. Hekayədə söhbət "Mexiko-86" mundialında başlayan bir hadisədən, iki universitet qurtararaq əvvəlcə ispan, sonra rus dili müəllimi olan, axırda isə kərpickəsən qocaya çevrilən bir şəxsdən gedir.

Həmkarımıza uğurlar diləyirik.


Müəllif: