ABŞ-da Fort-Loderdeyl şəhərinin mərkəzində çoxfunksiyalı kompleks fəaliyyət göstərəcək.
“Bjarke Ingels Group” (BIG) şirkətinin arxitektorları “Marina Lofts” adlandırılan və 2 binanın birləşməsindən yaranmış kompleksi çay sahilində tikməyi planlaşdırırlar.
Ümumilikdə 1000 mənzilə malik binalarda evlər kirayəyə veriləcək. Restoranlar üçün 1000 kvadratmetr, mağazalar üçün isə 2300 kvadratmetr sahə nəzərdə tutulub.
Kompleksin əsas elementi və orijinallığı bir-birindən sanki ayrılmış 2 qüllədən ibarət olmasıdır.
Mütəxəssislərin fikrincə, bu dünya arxitekturasında maraqlı və effektiv yeniliklərdən sayılır.