ABŞ-ın Nyu-York şəhərində keçirilən Christie’s hərraclarında bir neçə rekord müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, onlardan biri - Alberto Cakomettinin tuncdan hazırlanmış "İşarə verən insan" əsəri 141 milyon dollara satılaraq dünyanın ən bahalı heykəli olub.
Hərracda daha bir rekord müəyyən edilib. Pablo Pikassonun "Əlcəzairli qadınlar" ("O" versiyası) rəsm əsəri dünyanın ən bahalı incəsənət əsərləri sırasında ilk yerə yüksəlib. 1955-ci ildə çəkilmiş əsər 179 milyon dollara satılıb.
Qeyd edək ki, buna qədər dünyanın ən bahalı rəsmi Frensis Bekonun hərracda 140 milyon dollara satılmış "Lüsyen Freydin portretinə üç qaralama" əsəri sayılırdı.
Rüstəm