Nizami Kino Mərkəzində sezon sonunun partlayışlı eşq dramı “Senden Bana Kalan” filmi tamaşaçıların ixtiyarına verilib.
Kinoteatrdan Teleqraf.com-a verilən məlumat görə, Türkiyənin ANS Produksiyon studiyasında romantik dram janrında rejissor Abdullah Oğuzun lentə aldığı bu filmi hər kəs sevə -sevə seyr edəcək.
Türkiyədə baş tutan qala gecədə sənət adamları “Senden Bana Kalan” filmini sezonun ən baxımlı film olduğunu bildiriblər.
Romantik və acılı eşq dramı uşaqlıqdan valideynlərini itirən və babasının mirası hesabına əziyyət çəkmədən, hətta bir az da ərköyün böyüyən Özgürdən başlayır. Həyatını qayğısız davam etdirməyi planlaşdıran Özgür 18 yaşına çatdıqda mirası almaq üçün o qədər də asan olmayan şərtlərə qatlanmaq məcburiyyətində qalır. O, İstanbulu tərk edib Çanakkalanın Adatəpə kəndində bir il yaşamalıdır. Bu şərti yerinə yetirməsə mirasın ancaq kiçik hissəsinə sahib olacağını öyrənən Özgür mirası tam şəkildə haqq etdiyini düşünür və Adatəpəyə yollanır. Orada maraqlı hadisələrlə qarşılaşan Özgürün ən böyük sürprizi bir anda həyatına girən Eliflə tanış olması olur. Hekayə də bundan sonra başlayır.
Filmdəki baş rolları son illər məşhurlaşan gənc aktrisa Neslihan Atagül və aktyor Ekin Koç ifa ediblər. Qeyd edək ki, Ekin Koç Azərbaycan istehsalı “Əli və Nino” filminə seçilən son aktyorlardandır. Filmdə həmçinin Gamze Pelin Gökçe, Zeynep Kankonde, Sabri Özmener, Vilma Elles, Doğa Konakoğlu və digərləri çəkilib.
O da bildirib ki, mərkəzdə bu gündən etibarən “Dəlisov Maks: Qəzəb yolu” və “İdeal səs-2” filmlərinin də nümayişinə başlanıb.
Nərmin