15 May 2015 09:35
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı şəhərinin 2015-ci il üçün “Azərbaycanın ədəbiyyat paytaxtı” elan olunması ilə əlaqədar Mədəniyyət mərkəzində təntənəli tədbir keçirilib.

Publika.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Asif Ağayev tədbiri açaraq Şamaxının tarixən elm, ədəbiyyat, mədəniyyət və poeziya beşiyi olduğunu diqqətə çatdırıb, rayon sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev Azərbaycanın qeyri-maddi mədəni irsini dəstəklənməsi, qorunması, xalq yaradıcılığının inkişafı, təbliği və təşviqi ilə əlaqədar aparılan uğurlu islahatlardan danışıb. Şöbə müdiri nazirliyin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Şamaxının “Ədəbiyyat paytaxtı” elan olunması ilə əlaqədar təbriklərini çatdırıb.

“Azərbaycan ədəbiyyat paytaxtı”nın kuboku rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyi Şamaxı bölməsinin rəhbəri, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev çıxış ediblər.

Tədbirin bədii hissəsində xalq artistləri Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, müğənnilərdən Elnarə Abdullayeva, Elbrus Niftəliyev, Zeynal Əhmədov, Vasif Nuriyevin ifa etdikləri təsnif və muğamlar, Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun və Rəhman Rasimoğlunun, tarzənlər Mehman Mikayılovun, Altay Niftalıyevin, kamança ustası Araz Ağaverdiyevin ifaları tamaşaçılarda xoş ovqat yaradıb.

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Buta və igidlər” rəqs qruplarının çıxışları da alqışlarla qarşılanıb.


Tədbirin aparıcısı, bədii qiraətçi Rəfail Tağızadə İmadəddin Nəsiminin və Seyid Əzim Şirvaninin qəzəllərini söyləyib.


Müəllif:

Oxşar xəbərlər