15 May 2015 18:00
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Addım” təşkilatı gənclər üçün növbəti dəfə premyeradan öncə film izləmək imkanı yaradıb.

Teleqraf.com xəbər verir ki, tədbirin siması “Eurovision”da Azərbaycanı təmsil edən Dilarə Kazımova olub.

“Dəlisov Maks” filmini izləyən Dilarənin sözlərinə görə, gənclər üçün bu tipli layihələrin həyata keçirilməsi onların inkişafı, asudə vaxtlarının səmərəli təşkili üçün olduqca əhəmiyyətlidir. O, “Addım”ın keçirdiyi bütün layihələri dəstəklədiyini və hər zaman gənclərlə birgə addımlamağa hazır olduğunu qeyd edib.

Bu dəfəki film nümayişinin öncəkilərdən fəqləndirən digər xüsusiyyəti isə nümayişə azərbaycanlı gənclərlə yanaşı Müstəqil Dövlətlər Birliyinə üzv olan səkkiz ölkənin nümayəndəsi də dəvət olunub. Beləki, 12-14 may tarixində Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Addım” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “MDB üzv dövlətlərində sağlam həyat tərzinin təbliği üzrə innovativ texnologiyalar” adlı beynəlxalq konfransda Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın nümayədə heyəti iştirak edib. Qonaqların mədəni proqramı çərçəvəsində tarixi məkanlarımıza ekskursiya ilə yanaşı film nümayişi də təşkil olunub.

“Addım”ın rəhbəri Hüseyn Cavadzadə bildirib ki, qonaqları film nümayişinə dəvət etmələrinin səbəbi gənclərin inkişafı üçün görülə biləcək alternativ, yaradıcı vasitələrlə tanış etmək, gənclərimizin mədəniyyət sahəsinə göstərdikləri maraq və eyni zamanda Dilarə Kazımovanın qismində Azərbaycanın digər yaradıcı şəxslərinin gənclərin inkişafına göstərdikləri marağı nümunə kimi göstərmək idi.

Nərmin


Müəllif:

Oxşar xəbərlər