17 May 2015 20:23
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti, tanınmış rejissor Arif Qazıyevin ad günüdür.

Arif Qazıyev 1938-ci il mayın 17-də Gəncə şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə böyük maraq göstərən Arif Qazıyev uşaq yaşlarından mahnı yarışlarına qatılıb. “Cücələrim” uşaq ansamblının ilk solistlərindən olan Arif Qazıyev sonradan müğənniliyi deyil, rejissor peşəsini seçib.


Daha çox sənədli filmlərin çəkilişi ilə məşğul olan rejissor “Payız melodiyaları”, “Kəpəz”, “Salam, Zeynəb”, “Qara Qarayev” və digər sənədli filmlərin müəllifidir.

Arif Qazıyev uzun müddət Muğam Teatrına rəhbərlik edib. Hazırda təqaüddə olsa da, sənətkar fəal incəsənətlə məşğul olmağa davam edir. Xalq artisti 77 yaşını gənclik təravəti ilə qarşılayır.

publika.az


Müəllif: