22 May 2014 19:10
1 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlhamə Quliyeva bizi məhkəməyə verə bilməz”.

Bunu “Gündəlik Teleqraf” qəzetinin "Brifinq" layihəsində qonaq olan “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov deyib.

Teleqraf.com-un xəbərinə görə, redaksiyaya təşrif buyuran T.İmanova KVN konsertlərinə məmurların, müğənnilərin münasibətindən tutmuş sevgi barədə düşüncələrinə qədər sual ünvanlanıb. “İlhamə Quliyeva sizi məhkəməyə veribmi?” sualına isə T.İmanov belə cavab verib:

“İlhamə Quliyeva bizi məhkəməyə verə bilməz. Çünki qanunda parodiya etməkdə cinayət tərkibi nəzərdə tutulmayıb. Biz parodiya ilə bağlı sərhədlərimizi gözəl bilirik”.

Qeyd edək ki, bir müddət əvvəl İlhamə Quliyeva telekanallardan birinə müsahibəsində bildirib ki, sənətkarları parodiya edənləri, onlar haqqında fikir bildirənləri yerində oturtmaq lazımdır: “Mənim haqqımda heç kimin fikir bildirməyə haqqı yoxdur. Çıxıb sənətkara söz atırlar, parodiya edirlər! Olmaz belə hərəkətlər!”

Tahir İmanovla geniş müsahibəsini “Gündəlik Teleqraf” qəzetinin şənbə sayında oxuya bilərsiniz.

Pərvin


Müəllif: