Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində `Eurovision - 2015` mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Teleqraf.com-un məlumatına görə, “Wiener Stadthalle” arenasında baş tutan gecədə 17 ölkənin təmsilçisi yarışıb.
Azərbaycanı “Eurovision - 2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov 11-ci nömrə altında “Hour of the Wolf” mahnısını təqdim edib. Onun çıxışı alqışlarla qarşılanıb.
Müsabiqənin final mərhələsi mayın 23-də keçiriləcək.