Bir qrup tanınmış muğam ifaçısı xəstəxanada Binəqədidəki doqquzmərtəbəli binada baş verən faciə ilə üzləşmiş insanlara baş çəkib.
Bu barədə Publika.az-a əməkdar artist, tanınmış muğam ifaçısı Təyyar Bayramov məlumat verib.
Xalq artisti, ustad sənətkar Arif Babayev başda olmaqla Mənsum İbrahimov, Aygün Bayramova, Təyyar Bayramov, Nəzakət Teymurova , Gülüstan Əliyeva faciə qurbanları ilə görüşüb, onların dərdlərinə şərik olublar və ölənlərin ailələrinə başsağlığı veriblər.