26 May 2015 19:20
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

OMT Technologies Kickstarter-də inqilabi layihə buraxıb - demək olar, hər şeyin üzərində yaza bilən unikal qələmin hazırlanmasına vəsait toplamaq nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, Phree ilə əldə, stolda, kağızda, asfaltda və bir çox başqa şeylərin üzərində yazmaq olar - yazılan hər şer Bluetooth vasitəsilə smartfon, planşet və kompyuterə köçürülür. Qələm çoxlu sayda tanınmış proqram əlavələrinə inteqrasiya oluna bilər: MS Office, Acrobat və Viber. Phree-nin lazımi informasiyanın əks olunduğu sensor displeyi var.

Kickstarter-də göstərilən məbləğ artıq toplanılıb, ancaq vəsait toplanışı hələ 31 gün davam edəcək. "Ağıllı" qələmin təxmini qiyməti 199 dollar təşkil edəcək.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: